AXTAR

Qarabağ klanı aktivləşdi: Köçəryana görə təzyiq başladı

koçaryan

 

Qondarma Qarabağ rejiminin parlamentinin bir qrup deputatı Ermənistan Baş Prokurorluğuna müraciət ünvanlayaraq Robert Köçəryanın həbsdən azad olunmasını tələb ediblər.

Bu sözləri öz Feysbuk səhifəsində qondarma rejimin parlament spikerinin mətbuat katibi Anuş Qavalyan paylaşıb. Onun sözlərinə görə, deputatlar Baş Prokurorluqdan Köçəryanın Ermənistan dövlətçiliyi qarşısında xidmətlərinin nəzərə alınmasını istəyiblər. O, müraciətə qondarma rejimin parlamentinin spikeri Aşot Qulyan, Vətən və Demokratiya fraksiyalarının deputatlarının da imza atdığını bildirib.

Qeyd edək ki, Vətən fraksiyası qondarma rejimin parlamentində əsas üstünlüyə sahibdir. Demokratiya fraksiyası isə üçüncü ən böyük fraksiyadır və parlamentdə 6 deputatla təmsil olunur. Maraqlı məqam odur ki, ünvanlanan müraciətə qondarma rejimdəki Daşnaksütyun fraksiyasından heç kim imza atmayıb.

Oxşar məqalələr