AXTAR

Rusiya Ermənistana Qarabağ “qulaqburması” verə bilər

erm rus

 

İndilikdə Ermənistana rus qapazı bəs eləmir, düşmən ölkə Qərb qapazı da yemək istəyir

Ermənistanın son dövrlərdə Qərblə əməkdaşlığını genişləndirməsi Moskvada ciddi narahatlıqla qarışlanır. Hazırda İrəvanın siyasi yığıncaqlarından tutmuş küçə görüşlərinədək hər yanda erməni-rus münasibətləri müzakirə obyektinə çevrilib. Siyasətçilər və ekspertlər rus-erməni nümunəsində ABŞ-ın öz müttəfiqləri ilə münasibətlər modeli əsasında rəylərini bildirirlər. Artıq cəmiyyətdə bu ilin payızında “Şərq tərəfdaşlığı” proqramı üzrə Brüsseldə keçiriləcək toplantıda İrəvanın siyasi kursunu dəyişəcəyi haqda anonslar səsləndirilir. Erməni siyasətçilər erməni-rus münasibətlərinin pisləşməsinə əsas səbəb kimi son vaxtlar Kremlin Azərbaycan və Türkiyə tərəfə meyllənməsini göstərirlər.
İndi ermənilər Rusiyanın Azərbaycana silah satmasını müttəfiqlərinin xəyanəti kimi görür və xaricdəki erməni lobbisinin təsiri ilə Qərbə meyllənmək üçün bu amildən yararlanmağa çalışırlar. Lakin onlar bir məsələni unudurlar. Unudurlar ki, Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətləri kağız üzərindədir. Həqiqətdə isə Rusiyanın güclü siyasi, hərbi və iqtisadi yardımı ilə qurulan dövlət kimi Ermənistan onun kiçik marionetidir. İrəvanlı mənsubları ürəkləndirən amillərdən biri də Qərbin dəstəyidir. Bu səbəbdən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan “Azadlıq” radiosına müsahibəsində deyir: “Ermənistan ümidini başqa dövlətlərə bağlamamalı, münasibətlərini müxtəlif dövlətlər, beynəlxalq təşkilatlar və müxtəlif güc mərkəzləri ilə şaxələndirməlidir”.
Təbii ki, Ş.Koçaryan bu sözləri prezident Sarkisyan və XİN naziri Nalbandyanla məsləhətləşib deyir. Siyasətdə isə bu mövqe artıq Rusiyanı hədələmə anlamına gəlir. Yəni, İrəvan Moskvanın Azərbaycana silah satmasına görə Aİ, NATO və ABŞ-la işləməyə hazırdır. Düzdür, ermənilər anlayırlar ki, indi bir dollar olsa da Rusiya büdcəsinin buna ehtiyacı böyükdür. Lakin bu, onların vecinə də deyil. Ermənilərin Rusiya ilə müttəfiqliyi də belədir. Ancaq məsələ yenə də dolanıb gəlir müttəfiqliyin kağız üzərində olmasına. Son olaraq Rusiya öz əlaltısını necə yönəldəcək və ya necə cəzalandıracaq məsələsi də gündəımdədir.
Rusiyanın “Rosbalt” nəşri bu günlərdə İrəvanda gedən proseslərə dair təhlili məqalə çap edib. Məqalədə deyilir ki, Ermənistanda az qala, hamı Rusiya ilə ABŞ arasında seçim problemini müzakirə edir. Parlament mühitində ölkənin ən azı, Avrasiya İqtisadi Birliyi və KTMT-dən çıxmaq çağırışları səslənir. Xalqın (elə hakimiyyətin də) içində isə anti-Rusiya və anti-İran sanksiyalarının respublikaya təsirindən perikmiş şəkildə qorxurlar və nəfəslərini içəri çəkərək, Ermənistanın NATO ilə indiyədək görünməmiş yaxınlığını müzakirə edirlər.
Məqalədə qeyd olunur ki, “Ermənistan riskli oyuna girib, özünü dalana salıb”. Kremlin Ermənistana mesajı kimi başa düşülən bu nəticə deyəsən, İrəvanda başa düşülmür. Axı, harada görünüb digər bir dövlətdən tam asılı bir dövlət üçüncü qüvvələrlə əməkdaşlıq etsin?! Yox, əgər o, belə bir eşqə mübtəla olarsa, onda onu “nakam aşıq” taleyi gözləyir. Yaxın günlərdə Rusiya baş naziri Dmitri Medvedyev İrəvana səfər edəcək. Moskvanı bilmirik, amma Bakıdan baxanda aydın görünür ki, Medvedyevi İrəvanda asilərlə tərəfdarların qızğın mübahisəsi gözləyir.
Bir sual da ekspertləri çox düşündürür: görəsən, Rusiya Ermənistanı bu addımlarına görə necə cəзalandırar? Əksər politoloqlar bu məsələni Qarabağ münaqişəsi ilə bağlayırlar. Axı, həqiqətən, erməni qəsbkarlar Qarabağı işğal etməkləri ilə nə qədər öyünsələr də, bu amil həmişə Ermənistanın başı üzərindən asılmış “domokl qılıncı” olub və bu indi də davam edir.
Qafqazı həmişə milli qalmaqal yaradaraq idarə edən Rusiya Qarabağ amilindən növbəti dəfə yararlanaraq Ermənistana “qulaqburması” verə bilər. Lakin Rusiya gecikir və Qarabağ münaqişəsinin həll olunmaması onun üçün sağalmaz dərdə çevrilər. Moskva Cənubi Qafqazı həmişəlik itirə bilər. Çünki, problemin dərinləşməsidə Qərb də maraqlıdır, bu istiqamətdə işini görür. İrəvanın NATO ilə əməkdaşlığı bu təsirə misaldır. Belə bir gərgin və dumanlı şəraitdə Medvedyevin səfərinin bəzi məsələlərə aydınlıq gətirməsi gözlənilir.
IKSmedia.az

Oxşar məqalələr