AXTAR

Aşot Yegiazaryan: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir”

ashot

 

“Ermənistanın bütün bəlalarının səbəbi onun izolyasiyası və müttəfiqlərinin olmamasıdır”. Bunu deputatlığa “Azad demokratlar” partiyasından namizəd Aşot Yegiazaryan deyib.
Virtualaz.org xəbər verir ki, Yegiazartan bu cür çıxışı ilə gündəmə gələn yeganə erməni xadim deyil. Bu cür bəyanatı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da vermişdi və o da öz bloku ilə parlament seçkilərinə gedir.
“Tert” nəşrinə müsahibəsində Aşot Yegiazaryan qeyd edib ki, qarşıdan gələn parlament seçkilərində iştirak edən siyasi qüvvələrin hamısının proqramları populizmlə doludur. “Onlar əsas problemi gündəmə gətirmirlər ki, Ermənistanın bütün bəlalarının səbəbi onun izolyasiyası və müttəfiqlərinin olmamasıdır. Bu izolyasiya aradan qalxmayana qədər hansı proqrami irəli sürürsən sür, o, boşboğazlığa çevrilir”, - deputatlığa namizəd deyib.
Bəs ölkə niyə bu vəziyyətə düşüb. Səbəb isə bəllidir – Ermənistan İrandan savayı bütün qonşularına ərazi iddiaları irəli sürüb. Vəziyyətdən çıxış yolu var və o çox sadədir. Azərbaycana, Gürcüstana və Türkiyəyə qarşı ərazi idialarından əl çəkmək. Bu münaqişələr üzündən Bakı-Ceyhan boru kəməri Ermənistandan yan keçdi, Türkiyə ilə sərhəd bağlı olduğundan Aralıq dənizindəki limanlara çıxış yoxdur və s.
Bəs Ermənistanda elə bir siyasətçi tapılacaqmı ki, problemlərin əsl səbəbinin başqasının torpağına göz dikmək olduğunu desin? Hələlik ən cəsarətlilər ölkənin izolyasiyaya düşməsindən danışırlar.
Süzan Caginyan

Oxşar məqalələr