Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Polşaya səfəri zamanı xəbərdarlıq edib ki, Avropanın bütövlüyü itirilə bilər.
“Avropalıların bir qismi çox irəlidə gedəndə başqaları özlərini ikinci növ avropalılar kimi hiss edir. Belə hallardan çəkinmək lazımdır”, - deyən almaniyalı siyasətçi daha sonra əlavə edib: “Bizim bir vəzifəmiz var – Avropanı birləşdirmək”.
Qabrielin polşalı həmkarı Vitold Vaşşikovski də “iki sürətli Avropa” yaranmasından çəkinmək barədə xəbərdarlıq edib. Onun fikrincə, bu halda Avropa məkanında mövcud fərqlər daha da dərinləşə bilər.
Qabriel Polşa səfərindən sonra Moskvaya uçub. Orada onun Rusiya prezidenti Vladimir Putin və RF XİN başçısı Sergey Lavrovla danışıqları planlaşdırılıb. Moskva görüşündə başqa məsələlərlə yanaşı, tərksilah istiqamətində NATO-nun və Rusiyanın növbəti addımları müzakirə ediləcək.(AzərTAc)