Özbəkistan və Çin arxeoloqları Özbəkistanın cənub-şərqində, Əndican şəhərinin yaxınlığında qədim Minqtəpə şəhərinin xarabalıqlarını aşkar ediblər.
Arxeoloqlar bu qənaətə gəliblər ki, 2000 min il əvvəl bu qədim şəhər Fərqanə vadisində ən iri yaşayış məskəni olub.
Qazıntılar nəticəsində şəhərin qərb qapıları, müxtəlif emalatxana qalıqları, qəbiristanlıq aşkar edilib.
Tarixçilərin yazdığına görə, Minqtəpə Orta Asiyanın qədim Davan dövlətinin ərazisində yerləşib.
Özbək və Çin arxeoloqlarının birgə uğurlu tapıntısı olan qədim Davan dövləti və Minqtəpə şəhəri ilə bağlı tədqiqatlar davam edir.