AXTAR

Baş nazir prezidenti devirir

sar kar

 

Серж Sarkisyanın bütün ümidini Moskva səfərinə bağlayıb


Ermənistanın hakimiyyət strukturunda ciddi dəyişikliklərə səbəb olacaq və aprel ayında keçiriləcək parlament seçkilərini siyasi təhlilçilər səbrlə gözləsələr də müəyyən proqnizlar irəli sürməkdən özlərini saxlaya bilmirlər. Məsələn, iddialar səslənir ki, Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda Serj Sarksiyan Rusiyadan dəstək almaq üçün martın 14-də bu ölkəyə gedəcək. Amma Rusiya dəstək əvəzində Sarksiyandan Qarabağ məsələsində müəyyən güzəştlər tələb edəcək. Əks halda Kreml Karen Karapetyanı dəstəkləyəcək.
Bu, doğrudanmı belədir? Həqiqətənmi buna yol verməmək üçün Sarkisyan Qarabağ məsələsində müəyyən güzəştlərə gedəcək? Məsələnin mahiyyətini açmaq üçün bəzi qaydalar unudulmamalıdır. Ermənistan forpost dövlətdir və mövcudluğuna görə tarixən Rusiyaya borclu olmaqla yanaşı, həm də tamamilə ondan asılıdır. Yəni, ortada Sarkisyanın Rusiyanın tələbi ilə razılaşıb-razılaşmaması yox, Rusiyanın göstərişini yerinə yetirib-yetirməməsi söhbəti var. Ermənistan prezidenti regionda Kremlin siyasətini həyata keçirmək üçün təkliflər irəli sürə bilər və Moskva nəyi məqbul bilərsə, onu da edər. Bu baxımdan Sarkisyanın Moskvaya edəcəyi “14 mart səfəri” tapşırıq almaq anlamına gəlməlidir. Üstəlik də bu, onun “səfəri” yox, Kremlə çağırılması kimi anlaşılmalıdır.
Karen Karapetyan məsələsinə gəldikdə isə onun Ermənistanda tutacağı post və oynayacağı rol artıq müəyyənləşib. Təbii ki, bunun tam dəqiq təfərrüatını onun özündən və Kremldən başqa kimsə bilə bilməz. Başda Sarkisyan olmaqla siyasi ekspertlərə və təhlilçi jurnalistlərə qədər bütün digər şəxslər isə hadisələrə yalnız proqnoz vermək iqtidarındadırlar. Sarkisyan ya formal olaraq hakimiyyətdə qalacaq, ya da ümumiyyətlə, birdəfəlik səhnədən uzaqlaşdırılacaq. Təsadüfi deyil ki, artıq erməni KİV-ləri onun dediklərini istehza və acı gülüşlə qarşılayırlar. Bu günlərdə parlament seçkiləri ilə bağlı onun «Avronyus»a müsahibəsində səsləndirdiyi “Ermənistan hər bir erməni üçün arzuolunan ölkəyə çevriləcək” sözlərini internet saytlarında “nağıl” rubrikası ilə dərc olunub.
Elə bu ərəfədə Ermənistanın baş naziri Karen Karapetyan parlament tribunasından verdiyi qalmaqallı bəyanatı ilə Sarkisyana dolayısı “şillə” vurub. Onun sözlərinə görə, ermənilərin heç cür unuda bilmədikləri ötənilki aprel döyüşləri zamanı erməni ordusunda yanacaqla bağlı ciddi problem yaşanıb və bu səbəbdən hərbi texnika işləyə bilməyib. Baş nazir bunun səbəbini də açıqlayıb. Heç demə, dizel yanaçağına kerosin qatılıb bazarda satıldığına görə problemlər yaranıb. K.Karapetyan günahkarların adlarını çəkmir. Amma aydındır ki, bütün bunların son ucunda prezident dayanır. Üstəlik, parlament seçkilərinə az qalmış bir zamanda belə bəyanat vermək sırf seçki ilə bağlıdır və Sarkisyan tərəfdarlarının uduzmasına hesablanıb. Çünki, bəyanat dərhal rezonans verib və “aysor.am” saytı dərhal faktla bağlı şərh verib: “Baş verənləri satqınlıqdan başqa ayrı cür qiymətləndirmək olmaz. Məhz bu fırıldaqçılığa görə hərbi texnika işləməyib və biz 200-dən çox qurban vermişik. İndi təbii sual doğur ki, nə üçün bu günədək cavabdeh şəxslərə cinayət işi açılmayıb”.
Məsələ burasındadır ki, aprel döyüşləri zamanı Karapetyan Rusiyada yaşayıb və işləyib. Bəs, onda bir il sonra bu məsələni araşdırıb ortaya çıxarmaq onun nəyinə gərəkdir? Cavab aydındır: köhnə komanda aram-aram vurulur. Apreldən sonra, çox güman ki, Ermənistanda Kremlin siyasətini Karapetyan həyata keçirəcək. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün stol ətrafında oturan şəxs də o olacaq, güzəşt, yaxud razılaşmanı o imzalayacaq.

IKSmedia.az

Oxşar məqalələr