Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda 5.5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bundan sonra 4.2, 3.8 və 4.4 bal gücündə ardıcıl daha üç yeraltı təkan olub.
Zəlzələ Qaziantep, Batman, Şanlıurfa və Kahramanmaraş vilayətlərində də hiss edilib.
Adıyaman valisi Abdulla Erin deyib ki, vilayətdə baş vermiş zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.
Yeraltı təkanlar nəticəsində bir çox tikilidə çatlar da əmələ gəlib.