Ukrayna Ədliyyə Nazirliyi Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin "Yeni Qüvvələrin hərəkatı" adlı partiyasını rəsmən qeydiyyatdan keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mixail Saakaşvili Feysbuk hesabında yazıb.
"Bu qərar ölkənin yeni siyasi inkişaf yoluna qədəm qoyması yolunda daha bir önəmli addımdır", - Saakaşvili bildirib.
Qeyd edək ki, partiyanın Ukraynanın 19 şəhərində ofisi açılıb.