AXTAR

Senator Lindsi Qrem: “Rusiyanın dalından vuracağıq…”

senatot lindsi

 

ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Lindsi Qrem bu il ərzində Konqresin Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini vəd edib.
Virtualaz.org xəbər verir ki, senator Qrem bu barədə Münhen təhlükəsizlik konfransında çıxışı zamanı deyib.
Senator Rusiyanın ABŞ-dan sonra Almaniya və Fransa seçkilərinə müdaxilə edəcəyi haqa xəbərdarlıq edərək bunları deyib: “Mən alman dostlarımıza deyirəm-növbədə sizsiniz. Fransadakı dostlarımız isə sizdən sonra ggəlir. Mənim dostum cənab Lavrova isə demək istəyirəm ki, ümid edirəm siz və sizin rejiminiz nəhayət demokratik ölkələrin başına açdığınız oyunlara görə cavab verəcəksiniz. 2017-ci il Konqresdə Rusiyanın dalından zərbə alacağı il olacaq”.
S enator Lindsi Qrem deyib ki, şəxsən o özü Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsinə səs verəcək və həmin qanun layihəsini prezident Trampın stolunun üstünə qoyacaq. “Azad dünyanın lideri kimi Donald Tramp Rusiyanı cəzalandırmaq üçün bizimlə işləməlidir”-senator bildirib.

Oxşar məqalələr