AXTAR

Münhen konfransında prezidenti tanımadılar: “Siz kimsiz?”

munxen konfransi

 

Münhendə keçirilən təhlükəsizlik konfransının panel diskussiyaları zamanı aparıcı Estoniya prezidentini tanımayıb.
Virtualaz.org lenta.ru-ya istinadən xəbər verir ki, insident jurnalist Flipp Stivensin apardığı diskussiyalar zamanı baş verib. Estoniya prezidenti Kersti Kalyulayd əlini qaldırıb aparıcıdan söz istəyəndə Stivens ondan soruşub: “Siz kimsiniz və haranı təmsil edirsiniz?”. Bir anlıq çaşqınlıq yaranıb, bundan sonra Estoniya prezidenti özünü təqdim edib, bildirib ki, ölkəsini, Estoniyanı təmsil edir. Aparıcı həmin diskussiyada çıxış edən Litva prezidenti Dalya Qribauskayteni “maneəsiz” tanıyıb.

Oxşar məqalələr