ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danford hərbi sahədə ABŞ və Rusiya münasibətlərinin indiki statusunun müzakirəsi üçün Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Qerasimovla Azərbaycanda görüşüb.
Virtualaz.org bildirir ki, ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin yaydığı bəyanatda belə deyilir.
Bəyanatda qeyd edilir ki, generallar D.Danford və V.Qerasimov ABŞ-ın və Rusiyanın Silahlı Qüvvələri arasında qəsdsiz hadisələrdən qaçmaq məqsədi ilə əlaqələrin intensivləşdirilməsi haqda razılığa gəliblər.