Dünən bir azərbaycanlı və bir türk Ukraynanın Lvov vilayəti ərazisində hoppanaraq yük qatarına miniblər, ancaq sərhədçilər onları saxlayıblar.
Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Sərhəd Xidmətinin mətbuat mərkəzi xəbər yayıb.
Bildirilir ki, "Mostiska” dəmiryol stansiyasında yaxalanan azərbaycanlının 30, Türkiyə vətəndaşının isə 24 yaşı var. Onlar son anda-qatar Polşaya yola düşməyə hazırlaşarkən saxlanılıblar.
Məlum olub ki, onlar Ukraynaya xarici vətəndaşlar üçün lazım olan qaydada gəliblər. Amma sonradan bütün sərhəd sədlərini qanunsuz keçərək Avropa Birliyinə düşməyə qərar veriblər.