AXTAR

Donbassdakı müharibədə “Buk” raketi işə düşdü, təyyarəyə atəş açıldı

 

buk raketi

Ukraynanın şərqində yenidən qızışan hərbi əməliyyatlar paralel olaraq Moskva ilə Kiyev arasında da qarşıdurmanın qızışması ilə müşaiyət olunur.
virtualaz.org xəbər verir ki, bu gün Kiyev Qara dəniz üzərində təlim uçuşları keçirən An-26 hərbi-nəqliyyat təyyarəsinin Rusiyaya məxsus qazma qurğusundan atəşə tutulduğunu bildirib.
Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolkonun bildirdiyinə görə insident Odessa qaz-kondensat yatağı rayonunda baş verib. Odlu silahdan açılan atəş nəticəsində təyyarədə 3 sm diametrində deşik yaranıb, təyyarə aeroporta enə bilib.
Rusiyanın Qara dəniz donanmasının qərargahı isə bildirib ki, Ukraynaya aid An-26 hərbi-nəqliyyat təyyarəsi “Tavrida” və “Krım-1” qazma qurğularının üzərində hədsiz aşağı hündürlükdə uçaraq təxribatçı manevrlər edib. Bu zaman qazma qurğusunun işçilərindən biri təyyarənin buruqla toqquşmasını önləmək üçün siqnal tapançasından havaya dörd raket buraxıb. Təyyarəyə avtomat silahdan atəş açılması barədə deyilənlər isə təkzib olunur.
Digər məlumata görə Ukrayna ordusu Donetsk vilayətinin Makeyevka şəhəri üzərində atəşkəsin monitorinqini aparan ATƏT pilotsuz təyyarəsinə “Buk” zenit-raket kompleksindən atəş açıb. Təyyarənin vurulduğu, raketin qalıqlarının Makeyevka ətrafına düşdüyü bildirilir. Kiyev bu məlumatı şərh etmir. Donetsk vilayəti ətrafında yanvarın 29-dan başlayan şiddətli döyüşlər zamanı rusiyameylli separatçılar və Ukrayna ordusu ciddi itkilər verir.

Oxşar məqalələr