AXTAR

Tailandda 900 sayt bağlandı

Tailand hökuməti oktyabr ayında monarxiyanın ünvanına təhqirlər yazılan 900 saytı bloklayıb.
İKT.lent.az-ın "Bangkok Post"a istinadən xəbərinə görə, Bu barədə Tailand baş nazirinin müavini Pracin Çuntonq açıqlama verib.

Onun sözlərinə görə, ümumilikdə monarxiyaya təhqirlər yağdıran 1,35 min internet ünvan aşkarlanıb. Onlardan 200-ü ölkənin müvəqqəti Konstitusiyasının 44-cü maddəsinə uyğun olaraq, 700-ü isə məhkəmənin qərarı ilə qapadılıb. Hazırda hökumət qalan 450 saytın bağlanması üçün məhkəmə orderi almağa çalışır.