AXTAR

Tramp tərəfdarlarından Klintona zərbə - FOTO

ABŞ-ın Virciniya ştatı ərazisində, yol kənarındakı elektron lövhədə prezidentliyə namizəd Hillari Klinton əleyhinə yazılar peyda olub. “The Washington Post”a istinadən verdiyi xəbərə görə, hadisə noyabrım 1-də, gecə baş verib. Müəyyən müddət ərzində lövhədə 3 mətn yayımlanıb. “Yalançı Klinton”, “Trampa səs verin” çağırışı və Klinton haqda təhqiramiz yazı. “Yalançı Klinton” onun rəqibi Donald Tramp tərəfindən seçki kampaniyasında tez-tez istifadə olunan söz birləşməsidir.

Yerli hakimiyyət orqanları hadisəni elektron tablonun idarəedilməsinə cavabdeh olan avadanlığın həmin gün blok olunmaması və nəzarətsiz qalması ilə izah ediblər. Bundan istifadə edən kənar şəxslər sistemə daxil olaraq ora həmin yazıları yazıblar.

Oxşar məqalələr