1986-cı il aprelin 26-da baş verən və dəhşətli izlər qoyan faciəli qəzadan sonra insanlara gətirdiyi kədərlə tanınmış Çernobıl Atom Elektrik Stansiyası 16 il əvvəl işini birdəfəlik dayandırıb.
Adamayovuşmaz zona barədə əksər insanların təsəvvcürlərinin əksinə olaraq bura mütləq mənada adamsız deyil. Qəzadan sonra son illərdə 1200 nəfər öz evinə qayıdıb. Bu adamlar onlarla yaşayış məntəqəsində məskunlaşıb və əvvəlki məşğuliyyətlərinə - həyətyanı təsərrüfata, balıqçılığa, göbələk yığmağa qayıdıblar. Onlar əsasən yaşlı insanlardır. Bu gün radiasiya yoluxmuş zonada təxminən 200 nəfər yaşayır. Onları “özüməskunlaşan” adlandırırlar və bugünədək hüquqi statusları müəyyənləşdirilməyib.
IKSmedia.az