AXTAR

Fransada baş nazir istefa verib prezidentliyə namizəd olacaq

manuel vals

 

Fransanın baş naziri Manuel Vals sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək.

IKSmedia/az franceinfo saytına istinadən bildirir ki, M. Vals keçən həftə növbəti prezident seçkilərinə qatılmaqdan imtina edən prezident Fransua Ollandın əvəzində ilkin seçkilərdə iştirak edəcək. Sayt M.Valsın bazar ertəsi namizədliyini rəsmən elan edəcəyini yazıb. O, eyni zamanda baş nazir postundan istefa verəcəyini açıqlayacaq. Fransanın baş naziri postunda M.Valsı kimin əvəzləyəcəyi isə hələ məlum deyil.

Oxşar məqalələr