AXTAR

Ermənilərin “qədimliyi” yalanı ifşa olur - Ekozyants

ekzoyants


Bütün dünya artıq erməni xalqının "qədimliyi" barədə eşitməyə öyrəşib. Ermənilərin təbliğatı o qədər güclü oldu ki, onlar çoxlarına ilham verə bildilər.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, erməni əsilli ukraynalı tarixçi "Vestnik Kavkaza" nəşrinə müsahibəsində sözügedən mövzuya toxunub və ermənilərin "qədimliyi" məsələsinə nöqtə qoyub.
Onun sözlərinə görə, XVIII əsrin ikinci yarısından sonra yazıldığını düşünmək üçün bütün əsasların mövcud olduğu və əksər hissəsi qədim yunan, latın və digər yazılı mənbələrin təhrif olunmuş tərcümələri sayılan "qədim erməni" mətnləri bu gün dünyanın aparıcı mütəxəssislərinin diqqətini çəkir.
"Ermənilərin "qədimliyinin" təbliğatı böyük hissəsi Matenadaranda və ya Müqəddəs Lazar adasında saxlanılan erməni dilində yazılmış mətnlərə istinad edir. Lakin bu mətnlərin tarixinin müəyyən edilməsi ilə bağlı böyük problemlər var. Bunun tək səbəbi isə sadəcə prosesin özünün çətinliyi və yüzfaizlik nəticə verən metodların mövcud olmaması deyil, həmçinin, həm Matenadaran, həm də mxitaristlərin əllərində olan əlyazma mətnləri üzərində müstəqil ekspertiza aparılmasına izn verilməməsidir", - ekspert qeyd edib.

 

matebadaran

 

 

 

 

Oxşar məqalələr