AXTAR

Ermənilər xahiş etdi, rus alim araşdırdı: İrəvan kimindir?

karta 1900 jp

 

Rusiyalı tədqiqatçı Oleq Petrenko tarixi xəritə və məlumatlara əsaslanaraq, Azərbaycan və Ermənistanın tarixi barədə danışıb, Qarabağın hansı dövlətə məxsus olmasına dair faktlarla çıxış edib.

Axar.az xəbər verir ki, Petrenko özünün Yutub kanalında Ermənistandan ona “Böyük Ermənistan”la bağlı tarixi faktları araşdırmağın təklif olunduğunu qeyd edib.

“Mənə İrəvandan Bakının bir vaxtlar Ermənistana məxsus olmasını araşdırmaqla bağlı təklif gəldi. Qədim xəritələri araşdırarkən Ermənistanın özünün müxtəlif dövlətlərin tərkibində olmasına dair məlumatlara rast gəldim”, - tədqiqatçı bildirib.

Yutub kanalında paylaşdığı videoda Petrenko müxtəlif qədim xəritələri göstərir, Ermənistan vəAzərbaycanın sərhədlərinə diqqət çəkir. Heç bir xəritədə Bakı və Qarabağın Ermənistan ərazisində olmasına hətta işarə belə vurulmur. Əksinə, 1723-cü ilə aid xəritədə İrəvan tamamilə Azərbaycan ərazisi kimi göstərilib.

“Vikipediyada Azərbaycanın gənc dövlət olduğu və Gürcüstanla Ermənistan kimi güclü tarixə malik olmadığından bəhs edilir. Mən isə Bakı, Qarabağ və hətta Naxçıvanın belə adının olduğu 1900-cu ilə aid xəritə tapmağa müvəffəq oldum. 1900-cu illərdə İrəvan Azərbaycanın ərazisində göstərilir”, - Petrenko bildirib.

Oxşar məqalələr