Bu ölkədə əhali canını birtəhər saxlamaq, varlılar isə pullarını qorumaq üçün xaricə əkilirlər
Oliqarxların, imkanlı şəxslərin Ermənistandan öz vəsaitlərini çıxarması prosesi başlanıb. “Aykakan Jamanak” qəzeti yazır ki, Ermənistanda şəxsi hesablardan xaricə köçürülən pul miqdarında kəskin artım müşahidə olunur. Bu vaxtadək xaricdən gələn külli miqdarda pul baratları indi eyni minvalla xaricə axır.
Belə ki, ilin ilk ayları ərzində Ermənistandan xaricə 88 milyon dollardan çox pul çıxarılıb. Keçən il isə bu məbləğ 79 milyon dollar idi. Faktiki olaraq Ermənistandan xaricə axan pul transferinin miqdarı 10% artıb. Pullar ən çox Rusiya ərazisinə köçürülür. Keçən ilin ilk üç ayı ərzində Rusiyaya transfer edilən məbləğ 28,6 milyon dollar idisə, bu il bu məbləğ 50% artaraq 42,2 milyon dollar olub. Kapitalın Rusiyaya axması vaxtilə bu ölkəyə çörək pulu qazanmaq üçün gedən ermənilərin daha Ermənistanda yaşamaq istəməməsi ilə izah olunur. Ermənistandakı mülklərini də satan ermənilər ailələrini də Rusiyada yerləşdirirlər. Maraqlıdır ki, xaricdən Ermənistana axan pullarda da kəskin azalma müşahidə olunur. Mərkəzi Bankın statistikasına görə bu ilin ilk kvartalında pul transferləri 45,3 milyon dollar təşkil edib. Bu keçən illə müqayisədə 10% azdır.
Artıq erməni inqilabı və keçmiş xuntanın cinayətkar əməlləri xalqı təngə gətirib. Adamlar sakit, firavan və yaxşı yaşamaq istəyirlər. Yalançı vədlər nə qədər olar?! Koçaryan və Serj cinayətkar idilər, həm mülki həyatda, həm də doğulduqları, çörəyini yedikləri Azərbaycana xəyanətdə qatı cinayətlər törətmişdilər. Onlar açıq-aşkar müharibə caniləri idilər və heç özləri də bunu gizlətmirdi. Bu səbəblərdən sadə ermənilər onlardan ləyaqətlilik və qayğı gözləmirdilər. Bəs indikilər?! Keçmiş hakimiyyət İrəvanda “gəlmə” sayılır və Qarabağ klanının üzvləri kimi lənətlənirdilər. İndikilər isə sırf İerəvan klanının üzvləridir. Amma bunlar da proteksionizmdən və idarəçilik əvəzinə hegemonluq ambisiyarından qurtula bilməyiblər.
Növbədənkənar parlament seçkiləri Nikol Paşinyanın hakimiyyətini xeyli möhkəmləndirib. Gözləmək olar ki, seçkilərin yekunu yeni hakimiyyəti xalqa yaxınlaşdıracaq və o, səmərəli fəaliyyətə başlayacaq. Amma Paşinyanın vəzifəsindən sui-istifadə edərək qaynını və qardaşı oğlunu “seçki” yolu ilə deputat kürsüsünə oturtması ona münasibətdə öləziyən ümidləri sona gətirib. Heç kim ondan imdad gözləmir. Çünki, o da canilərin metodlarından istifadə edir. Buna görə də ermənilər ölkədən qaçmaqda davam edirlər. Əldə olunan məlumata görə, Ermənistandan xarici ölkələrə pul axını son aylarda rekord həddə çatıb. Bu barədə erməni mətbuatı xəbər yayıb. Ermənistanın “Joxovurd” qəzeti rəsmi statistikaya əsasən yazır: “Təkcə bu ilin oktyabr ayında Ermənistandan xaricə axan pulların həcmi 121 milyon 461 min dolları təşkil edib. 2018-ci ilin 10 ayında isə ümumilikdə 951 milyon 38 min dollar Ermənistandan çıxarılıb. Bu, ötən ilin eyni vaxtı ilə müqayisədə 171 milyon 842 min dollar çoxdur. Aydın olur ki, əvvəlki hakimiyyətin nümayəndələri Ermənistandan birdəfəlik qaçmaq üçün kapitallarını ölkədən kənara çıxarırlar”. Erməni mətbuatında yazılan xəbərlərə görə, bu vəziyyət Nikol Paşinyanın hökumət başına gəlişindən sonra yaranıb. Qeyd olunur ki, əvvəlki hökumətdə təmsil olunan oliqarx siyasətçilər və biznesmenlər digərlərinin başına gələnlərdən dərs çıxararaq, Paşinyanın toruna düşməmək üçün Ermənistanı tərk etmək qərarına gəliblər. 10 ay ərzində Ermənistan kimi kiçik və büdcə kəsiri ilə dövlət borcu getdikcə artan bir ölkədən 1 milyard dollara yaxın pulun xaricə çıxarılması ölkəyə yaxşı heç nə vəd etmir. Çünki bu, həmin oliqarx siyasətçilərin Ermənistandakı bizneslərinin bağlanması və iqtisadiyyata yatırdıqları sərmayənin geri götürülməsi deməkdir. Nəticədə isə ölkədə işsizlik və yoxsulluğun səviyyəsi daha da artır.
Valyutanın ölkədən çıxarılmasının bir səbəbi də ölkənin müharibə vəziyyətində olması, Qarabağ döyüşlərin hər an alovlanmsı riskinin qalmasıdır. Bu istiqamətdə də ağır hərbi xidmətdən, daimi olaraq ölüm təhlükəsi ilə üz-üzəqalmaqdan bezən erməni hərbçilər xaricə qaça bilməyəndə çarıni intiharda axtarırlar. Dekabrın 11-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edən Vardan Şahnazaryan evlərinə gələrək ov tufəngindən açdığı atəşlə intihara cəhd edib. Siyasi şərhçilərin fikrincə, hərbçilər arasında intiharların son vaxtlar çoxalması müharibənin başlamamasına zəmanətin olmaması ilə bağlıdır. Məsələ burasındadır ki, indiyədək ermənilər rusiyalı və qərbli himayədarlarına bel bağlayırdılar. İndi isə daha onlardan da əllərini üzüblər. Demək olar ki, Ermənistan talenin ümidinə buraxılıblar. Həmişə yaxşı yaşadıqları yerləri özlərinə vətən sayan ermənilər isə daha bu yerlərdə qapanıb qalmaqdansa köçüb getməyə üstünlük verirlər. Təbii ki, onlarla bərabər yığdıqları sərvət də gedir.
N.NOVRUZ