Sentyabrın 20-də Madağizdə öz basdırdıqları minaya düşən və ağır yaralanan 20 yaşlı erməni əsgəri Artur Gevorkyan İrəvana gətirilib.
Axar.az xəbər verir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi məlumat verib. Onun sözlərinə görə, bu hadisə ilə Ermənistanda hərbi sahədəki qanunsuzluqlardan daha birinin üstü açılıb:
“Bu gün bir ayağı ambutasiya olunan əsgərin vəziyyəti ağır olduğundan 2-ci ayağının kəsilməsi təxirə salınıb. Artur Gevorkyanın gözlərində ciddi zəiflik olduğuna görə minaya düşdüyü məlum olub. Görmə qabiliyyəti zəif olduğuna baxmayaraq, onu bilərəkdən təmas xəttinə xidmət etməyə göndərənlər haqqında da cinayət işi açılıb”.
Qeyd edək ki, bu gün təmas xəttində yerli vaxtla saat 16:00 radələrində 1998-ci il təvəllüdlü erməni əsgər Ovsepyan Artsax Mqeroviç da güllə yarasından ölüb.