İraqdakı hökumət müzakirələrində türkmanlara da yer verilməlidir.
Axar.az xəbər verir ki, bunu İraq Türkman Cəbhəsinin (İTC) lideri Ərşad Salehi deyib. O, şiələrə müraciət edərərək yardım tələb edib:
“Hökumət müzakirələri şiələr, sünnilər və kürdlər arasında keçirir. Şiə liderlərə səslənirəm: siz vaxtilə müxalifət tərəfində olanda türkmanlara qarşı edilən haqsızlıqları çox yaxşı başa düşürdünüz. Amma indi idarəçilikdə vəzifə bölüşüdürülməsinə gəlincə türkmanların yetərli səs olmadığını deyirsiniz. Əksinə, hazırda türkmanlar tək səsdir və türkman partiyaları İTC bayrağı altında toplaşıb.
Biz sadəcə söz və şüar deyil, konkret işlərin görülməsini istəyirik. Siz İraq türkmanlarının yanındasınız, yoxsa bizi məzhəblərə ayırmağa çalışırsınız? Əgər bizi bölsəniz, ölkənin birliyi təhlükəyə düşər. Sizdən hökumət müzakirələrində türkmanlara da yer verilməsinə yardım etməyinizi tələb edirik”.