Ombudsman Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı BQXK prezidentinə müraciət edib

elmira-suleymanova.jpg

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 29 dekabr 2016-cı il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerə məktubla müraciət edib.

Ətraflı: Ombudsman Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı BQXK prezidentinə müraciət edib

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Ilham Eliyev

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Zati-aliləri, möhtərəm İlham Heydər oğlu. Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Ətraflı: Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Rusiyalı tarixçinin erməni terroru ilə bağlı hazırladığı petisiyaya Siz də QOŞULUN

oleg_kuznetsov_061016.jpg

Ermənilərin 1977-ci il yanvarın 8-də Moskva metrosunda törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlanıb.

Trend-in məlumatına görə, petisiyanı rusiyalı tarixçi Oleq Kuznetsov hazırlayıb.

Xatırladaq ki, 40 il əvvəl - 1977-сi il yanvarın 8-də “Ermənistanın milli birləşmiş partiyası” adlı ekstremist qruplaşmanın üzvləri Stepan Zatikyan, Zaven Baqdasaryan və Akop Stepanyan Moskvanın "İzmaylovo" və "Pervomayskaya" metro stansiyaları arasında vaqonda partlayış törədiblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə xəsarət alıb.

Həmin vaxtdan bu cinayət işi ilə bağlı məhkəmə prosesi ictimaiyyətdən gizli saxlanıb. 1979-cu il yanvarın 30-da məhkəmə terrorçu ermənilər barəsində ölüm hökmü çıxarıb və onların hər üçü güllələnib./trend

5 -dən səhifə 5

Oxşar məqalələr