Rusiya prezidenti Vladimir Putin canlı yayımda bəyan edib ki, Rusiya ona hücum edə biləcək istənilən ölkədən güclüdür.
Putin deyib ki, Rusiyada yeni sualtı qayıqlar və təyyarələr düzəldilir.
Onun sözlərinə görə, ABŞ-ın silahı çoxdur, lakin Rusiya heç bununla mübahisə belə etmir. Putin bir daha vurğulayıb ki, Rusiya istənilən qüvvədən güclüdür.
“Trampa gəldikdə isə o, daha əvvəl də ABŞ-ın nüvə silahının artırılmasından danışırdı. Ən təəccüblüsü isə hazırkı ABŞ Administrasiyasının bəyanatıdır. Onlar dərhal ən güclü silahlı qüvvələrin ABŞ-da olduğunu sübut etməyə çalışırlar. Heç kim buna dair mübahisə aparmır”, - deyə Putin vurğulayıb.