İKSmedia.az franceinfoya istinadən bildirir ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri ona edilən silahlı hücum nəticəsində güllə yarası alıb. Bu haqda bir çox türk mediası xəbər verib. Medeiada yzıldığına görə, paytaxt Ankarada bir incəsənət ekspozisiyasını ziyarət edərkən naməlum şəxs ona atəş açıb. Yaralanmış diplomat xəstəxanaya yerləşdirilib. Rusiya xarici işlər nazirliyi faktı təsdiqləyərək bildirib ki, hadisə çoxsaylı media işçilərinin gözü qarşısında baş verib.