Türkiyə Silahlı Qüvvələri Kayseridə törədilən partlayışla bağlı açıqlama yayıb.
APA-nın xəbərinə görə, hadisə nəticəsində 13 hərbçi ölüb, 48-i yaralanıb. Mülki şəxslər arasında da yaralıların olduğu bildirilir.
Son məlumatda yaralı sayının 55 olduğu açıqlanıb.
***
11:50
Kayseridə tördilən partlayış nəticəsində 9 nəfər şəhid olub.
APA-nın xəbərinə görə, bunu Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili İsmayıl Tamer "A haber" telekanalının canlı yayımında deyib. Avtobusda həftə sonu izninə çıxmış mülki geyimli hərbçilər olub. Yaralıların sayı barədə dəqiq məlumat yoxdur.
***
10:43
Kayseridə baş verən partlayışın terror aktı olduğu müəyyənləşib.
APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, partlayıcı qurğu quraşdırılmış avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırpılıb və partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
***
10:18
Türkiyənin Kayseri şəhərində partlayış baş verib.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 08.45 radələrində şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında avtobusda qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
https://youtu.be/p8Fx-WPXZbc