AXTAR

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib

ABŞ ticaret nümayəndə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
IKSmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunaraq enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğulayıb. Səfir bu gün Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunun əhəmiyyətini qeyd edərək bu tədbirin ölkələrimiz arasında biznes əlaqələrinin qurulması üçün yaxşı imkanlar yaratdığını deyib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini, mühüm enerji layihələrinin sürətlə həyata keçirildiyini qeyd edərək hazırkı şəraitdə əsas diqqətin qeyri-neft sahəsində də əməkdaşlığa yönəldilməsinin önəmini vurğulayıb və ABŞ ilə ölkəmizin qeyri-neft sektorunda daha fəal əməkdaşlığının həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli ABŞ-ın Azərbaycandakı səfirliyində çalışdığı illəri məmnunluqla xatırlayıb. Maykl Lalli ABŞ-ın ticarət naziri Penni Pritzkerin salamlarını dövlətimizin başçısına çatdıraraq onun Azərbaycan-ABŞ biznes əlaqələrinə Prezident İlham Əliyevin verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib.

Oxşar məqalələr