AXTAR

Hökumət xaricdən tezyetişən pambıq toxumları aldı

pambiq y

 

Kənd Təsərrüfatı Nazirliyi Türkiyə və Almaniyadan tezyetişən, məhsuldar və yüksək lif keyfiyyət göstəricilərinə malik pambıq sortlarının toxumlarını alıb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.«ProGen» və «Bayer» şirkətindən alınan pambıq toxumunun bir hissəsi mərhələli olaraq respublikaya gətirilərək istehsalçılara verilib.
Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, dövlət başçısı respublikada pambıq əkini sahələrinin daha da genişləndirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında konkret vəzifələr qoyub. Xaricdən alınan pambıq toxumunun həcmi və müqavilənin məbləği açıqlanmır.
İndiyədək Azərbaycanda 25 yerli və xarici pambıq sortu istifadə edilib. Bunların dördü («Ələkbəri», «Gəncə-160», «Assos», «Select») 2016-cı ildə rayonlara göndərilib.Ötən ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edir.

Oxşar məqalələr