BMT-də Rusiyanın daimi nümayəndəsi Vitali Çurkin 64 yaşında qəflətən vəfat edib. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
“Rusiya XİN dərin hüznlə məlumat verir ki, fevralın 20-də, 65 yaşının tamam olmasına 1 gün qalmış Nyu-Yorkda Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali İvanoviç Çurkin qəflətən vəfat edib”, - Rusiya XİN-in rəsmi məlumatında deyilir.
Qeyd olunur ki. diplomat iş otağında keçinib. O, 2006-cı ilin aprel ayının 8-dən BMT-də Rusiyanı təmsil edib.