AXTAR

Polşanın baş naziri qəzaya düşüb

1459834430.jpg

Polşanın baş naziri Beata Şidlo avtomobil qəzasında yüngül xəsarət alıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Rzecz Pospolita” qəzeti yazıb.

Məlumata görə, naməlum avtomobil hökumət kortejinin maşınlarının birinə çırpılıb. İçərisində Beata Şidlo olan digər avtomobil isə yolun kənarına çıxıb.

Yüngül xəsarət alan B.Şidlo xəstəxanaya çatdırılıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

***

22:47

Polşanın baş naziri Beata Şidlo avtomobil qəzasına düşüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident Krakov şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, baş nazir müayinə üçün xəstəxanaya çatdırılıb. Onun vəziyyəti və hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Oxşar məqalələr