AXTAR

2022-ci il prezidentlik yarışına daha bir “marafonçu" qoşulur

arno
Fransada 2022-ci ildə keçiriləcək prezident seçkilərində daha bir namizəd gücünü sınamaq qərarına gəlib. Bu Ağno Montebuğq adlı siyasi fiqurdur. Onun fikri “iki Fransa” ilə dialoqda seçkilərə qatılmaqdır. Bu haqda Fransa KİV-ə istinadla İKSmedia.az xəbər verir.
Seçkiləri gözləyən keçmiş nazir Ağno Montebuğq deyir ki, “qarşı-qarşıya duran iki Fransa" ilə razılaşmır və stereotip çərçivələri dağıdaraq bütün əhali təbəqələrinə müraciət etmək fikrindədir. O, yanvarın 25-də Kot –d “Ağmoğ departamentinin Lanninon şəhərinin ərazisində yerləşən Nokia-nın həmkarlar təşkilatı və əməkdaşları ilə görüşüb. Etiraz edin və baxın ki, ölkə necə reaksiya verir. O, bu devizlə ölkə üzrə tura başlayıb. Çərşənbə axşamı Bğotanda olub və 2022-ci il prezidentliyinə öz namizədliyini irəli sürməjk üçün əhalinin nəbzini yoxlayıb. Ağno Montebuğq deyir ki, Emmanuel Makğon və Maği Lö Pen arasında başlanmış duelə başqa varian təklif edərək  "başqa gələcək yaratmaq" istəyir. İşə girişərək o, həmklarlar təşkilatlarını dəstəkləyir və Fransada “sarı jiletlilər” kimi tanınan sənətkarlarla görüşür.
Artıq bir aydır A.Montebuğq deyir ki, “ölkəni xilas” etmək üçün soldan və sağdan olan suverenistləri birləşdirmək iştəyir. İrəli Respublika partiyasının Qiyom Peltye yaxud Mağk Lö Fuğ kimi rəhbərləri onun proteksionizminə tərəfdardırlar. Hətta Maği Lö Pen “Ağno Monteburqla eyni xətdədir” deyərək bu mövqeni alqışlayır.
İKSmedia.az

Oxşar məqalələr