RİA-Novosti agentliyinin verdiyi məlumata görə, Peterburqda keçirilən icazəsiz mitinqin həbs edilən iştirakçılarının sayı 24-ə çatıb. Bu badərə şəhər məhkəmələrinin birləşmiş mərbuat mərkəzindən məlumat verilib.
“Daha əvvəl isə Puşkin rayon məhkəməsi 7 nəfər barəsində 2-dən 10 günədək həbs qərarı vermişdi” – mətbnuat mərkəzindən jurnalistlərin sorğusuna cavab olaraq bildirilib. Bundan başqa Petroqrad və Nevski rayon məhkəmələrinin qərarı ilə də 7 nəfər iştirakçı həbs edilib. Belə ki, bazar günü Moskva, Peterburq və Rusiyanın digər şəhərlərində icazəsiz mitinqlər keçirilib.
Ötən həftə, yanvarın 23-də ölkədə bu cür icazəsiz tədbirləri keçirilənlərlə güc strukturları arasında toqquşmalar baş vermişdi. Asayişi pozanlar saxlanılmış və barələrində COVİD-19 virusunun kütləvi yayılması hədəsi də daxil olmaqla cinayət işi açılmışdır.
İKSmedia.az