AXTAR

Gəncə sakinindən 11 kiloqram narkotik götürülüb

Bakı. Şəhriyar Əlizadə - APA. Gəncə sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə,  Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Yusifovdan 11 kiloqram 100 qram marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.

Oxşar məqalələr