AXTAR

İranda sərnişin qatarları toqquşdu: ölü sayı 40-a çatıb- YENİLƏNİB

APA-nın Terhan bürosunun məlumatına görə , bu barədə İranın Semnan əyalətinin rəhbəri bildirib.

 

iran qatar2

 


Toqquşma nəticəsində 7 vaqon yanıb, meyitlər də yandığından ölənlərin kimliyini müəyyənləşdirmək çətinləşib.
Bəzi xəbər qaynaqları isə ölənlərin sayının artıq 40 nəfərə çatdığını yazıb.
Qəzada xəsarət alanların sayının isə 98 nəfər olduğu bildirilir.
İranın yol və şəhərsalma naziri Abbas Axundi Türkmənistana bu gün nəzərdə tutulan səfərini hadisə səbəbindən təxirə salıb və qəza yerinə yollanıb.

Oxşar məqalələr