Türkiyə millisində çıxış edən azərbaycanlı sprinter Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. Finişə 19,76 saniyəyə çatan Quliyev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionluğuna sahib çıxıb.
Ötən il o, 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olub