AXTAR

Prezident Pakistanda səfərdədir

ilham pakistan

 

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib. IKSmedia.az AzərTAc-a istinadən xəbər verir ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıb.

Sonra toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib.

Oxşar məqalələr