AXTAR

2018-ci ilin prezident seçkilərindən ötən dörd il

prezandicir
Ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərindən artıq dörd il
ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərdə növbəti
dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbəyə nail olması ölkə
əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımların atılması ilə
xarakterik yeni uğurlu islahatlar mərhələsinə keçidə təminat vermiş oldu.Bu dövrlərdə
dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz
əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə
müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması
məramına istiqamətlənib.
Dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu
il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat
sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addım oldu. Pensiya
yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən
pensiya hüquqlarının elə pensiya yaşı çatan gün reallaşdırılaraq özlərinə də bu
barədə e-qaydada məlumat göndərilməsinə imkan yarandı. Bu günədək artıq 8300
vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.
Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib,
Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib,
onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə
mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar
dövlət siyasətinin strateji prioritetləri olmuşlar;
Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın
bütün destruktiv və xain qüvvələrə yox deməyinintəzahürüdür. 2018-ci ildə keçirilmiş
seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.
İlham Əliyev 2018-ci il aprelin 11 ki 7-də keçirilmiş prezident seçkilərində
86,03 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycan xalqı həmişə olduğu kimi doğru seçim etdi.  Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin
fəaliyyəti ilə bilavasitə əlaqədardır. XXI əsrin əvvəllərindən başlayaraq Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə
möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir
neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə
güclənib.


Güldəstə ABUZƏROVA

Masallı Dövlət Regional Kollecinin tələbəsi

Oxşar məqalələr