Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfərə yollanıblar. Azərbaycan mədəniyyətinin paytaxtı elan edilmiş Şuşa şəhərinə dövlət rəhbərlərinin bu səfəri xüsusi məna daşıyır. Müstəqil Azərbaycanın mədəniyyət mərkəzinin ən yaxın gələcəkdə dünyanın ən gözəl və mədəni şəhərlərindən birinə çevriləcəyi şəksizdir. Prezidentin şəhərə səfəri bu yolda aparılan işin başlanğıcı olacaq.