AXTAR

Qalibiyyət yürüşü davam edir

Azərbaycanın mövqeyi daha da güclənir, Cənubi Qafqazda Türkiyənin rolu artır

 

 

ilham ayaqüstə

 

 

Azərbaycan, Rusiya və Ermənistan arasında kaputilyasiya aktı olan üçtərəfli bəyanatın müddəaları ardıcıllıqla, amma ölçülüb-biçilmiş şəkildə yerinə yetirilir. Düzdür, prosesdə nüanslar da baş verir. Məsələn, ermənilərin hansısa bir qrup hərbçisi və ya siyasətçisi deyir ki, mən Qarabağdan heç yana gedəsi deyiləm, bura bizimdir və sairə. Bu kimi nüansların olmasını normal qəbul etmək lazımdır. Çünki, ermənilər içərisində başları təcavüzkar ermənilik ideyaları ilə doldurulmuş, yaxud aldadılaraq müharibəyə göndərilmi insanlar çoxdur. Onlardan kimisə acığını güllə altında intiharla çıxmaq istəyir. Bu kimi hadisələr tezliklə yox olub gedəcək. Qalan isə Azərbaycanın ərazi bütövlüyü, liderliyinin güclənməsi, inkişafının sürətlənməsi olacaq.
Artıq düşmən də bütün parametrlər üzrə Azərbaycana uduzduğunu etiraf etmək məcburiyyətindədir. Məsələn, Paşinyan öz rəqiblərini enmək üçün məlum bir həqiqəti erməni xəyalpərəstlərinin üzünə vurmaqdan çəkinməyib: “Əgər Şuşa sizə lazım idisə, onda nə üçün şəhər bu gündə idi?” Onun bu fikirləri erməni cəmiyyətində ciddi təlatüm doğursa da, həqiqətin etirafıdır. Yəni, Şuşa, həm də Qarabağ ermənilərin deyil, ikincisi, ermənilər bu torpaqları işğal etdikləri üçündür ki, onu viran qoyurlar.
Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan qanunverici orqanın tribunasında ölkənin Müdafiə Nazirliyinin Qarabağ müharibəsindəki əməliyyatları haqqında danışanda bildirib ki, Ermənistan ordusu mövcud deyil: “Ordu praktik olaraq yoxdur, onlar ancaq silahlı şəxslərdir”. Onu bu fikrə gəlməyə məcbur edən, təbii ki, Azərbaycan Ordusunun döyüşlərdə erməni silahlı qüvvələrinin hərbçilərini diz üstə şökdürməsidir. Çünki, bu vaxtadək sıravi ermənilərdən tutmuş deputatlar və hökumət adamlarına qədər hamısı elə düşünürmüşlər ki, Qarabağda qurduqları istehkamlar, müdafiə xətləri nəinki Azərbaycanın, heç supergüclərin də orduları keçə bilməz. Bir fakta diqqət etmək lazımdır ki, tanınmış xarici ekspertlər azərbaycanlı xüsusi təyinatlıların döyüş üsullarından heyrətlənir və təqdir edi8rlər. Hətta bu taktikanı öyrənməyi və tətbiq etməyi də tövsiyə edirlər. Niyə? Belə məlum olur ki, ermənilərin “keçilməz” istehkamları barədə onlarda məlumat var imiş və düşünürmüşlər ki, Azərbaycan Ordusu,çətin ki, Şuşaya qalxa bilələr. Amma, budur, biz torpağımızı azad etmişik və ərazi bütövlüyümüz bərpa olunub.
Mübarizə isə davam edir. Azərbaycan bu il sentyabrın 27-nə qədər olan gtüc-qüdrətini, hesab etmək olar ki, ikiqat artırıb. İndi ölkəmiz və prezidentimiz xarici təzyiqlərə daha güclü formada reaksiya verir və bu dəfə artıq o, tək deyil. Çünki, hərbi qələbəmizin böyründə diplomatik uğurlarımız durur və Türkiyənin hərbi-siyasi fəaliyyəti ilə yanaşı dosat Rusiyanın bizimlə strateji tərəfdaşlıq arzusu da öz sözünü deyir. Bu günlərdə Qərb diplomatları,daha dəqiq desək, fransa və ABŞ-dan olan diplomatların Moskvada Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələri keçiriləcək. Böyük Britaniyadan olan baronessa Kerolayn Koksun bu günlərdə Xankəndiyə gəlməsi və Azərbaycan əleyhinə sənəd topalması təzyiq olduğu kimi qərbli diplomatların da Moskada planlaşdırılan görüşünü siyasi təzyiq saymaq olar. Çox güman ki, ortada fransızların fəallığı var. Amma bu, tamamilə faydasız və iştirakçıları gözdən salan bir addımdır. Çünki, məsələ yüksək səviyyədə razılaşdırılıb və bundan sonra kiminsə Azərbaycana təklif verməsi qurşaqdam aşağı tuşlanan zərbə sayıla bilər, əgəör o, hədəfə dəyərsə. Lakin bu zərbə də “beşikdəcə boğulub”. Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalının efirində Qarabağa dair razılaşmadan danışarkən bildirib: “Beynəlxalq hüquqa görə Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub, KTMT qarışa bilməzdi, Ermənistana heç kim müdaxilə etməmişdi”. Moskva görüşündən qabaq Rusiya prezidentinin dünyaya ötürdüyü bu mesaj bəri başdan qərbli deputatları mənasız müzakirələrdən qaçmağa çağırmaq demək idi.
Ancaq indi nizamlama prosesinin daha bir vacib məqamı var ki, ermənilər və onların havadarları bu istiqamətdə canfəşanlıq edirlər. Azərbaycan Prezidenti tamamilə haqlı və reallıqdan çıxış edərək elan edib ki, Qarabağın dağlıq hissəində yaşayan ermənilərə hər hansı bir xüsusi status verilməsi artıq gündəmdə yoxdur. Bu gəlişmənin səbəbi tamamilə aydındır: Birincisi, Minsk qrupu mizamasalma üçün əlini ağdan-qar4aya vurmayəb. İkincisi, Azərbaycan bnöyük dövlətlərin etməli olduğu işi özü təkbaşına həyata keçirib. Üçüncüsü, Azərbaycanın bütün vətəndaşları bərasbərhüquqlu əsasda hər cür vətəndaşlıq hüquqları ilə təmin olunub. Nə üçün ermənilərə xüsusi status verilməlidir? Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu məsələdə öz ölkəsinin Azərbaycanı müdafiə etməsini bildirən açıqlama verib: “Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq”. Qarabağın statusunun həlli üçün hansısa müddətinin mövcud olub-olmaması ilə bağlı suala rusiyalı diplomatın cavabı isə belə olub: “Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssasdır”.
Belə bir stuasiyada Türkiyənin rəsmi çəkildə Azərbaycana müəyyən qoşun kontingenti göndərməsi və Rusiya ilə birlikdə Monitorinq Mərkəzinin işində fəaliyyətə başlaması Cənubi Qafqazın artıq yeni düzəndə hansı dövlətlərin nüfuz dairəsinə düşdüyü aydın olur. Maraqlı burasındadır ki, türk qoşunlarının Azərbaycana gəlməsi barədə suala Rusiyanin yüksək dərəcəli məmurları başda prezident olmaqla bildirirlər ki, bu, Türkiyənin və suveren Azərbaycanın öz aralarında olan razılaşmadır, üçüncü tərəfin qarışması artıq məsələdir. Yəni, Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, bu, daha Rusiyanın, necə deyərlər, “şəstinə toxunmayacaq”.
Bunun da niyəsi ondan ibarətdir ki, Rusiya-Türkiyə strateji əməkdaşlığı sürətlə yüksəlir. Bu əçəkdaşlığın ən işgüzar və mərhəm tərəfdaşı isə məhz Azərbaycandır.
N.NOVRUZ

 

Oxşar məqalələr