AXTAR

Rüstəm və Emil milyardları ölkədən necə çıxarıb... - offshor

Article Index

 

Tatarstan rəhbəri Rüstəm Minnixanovun “pul kisəsi” sayılan odioz biznesmen, Rusiya və Azərbaycan vətəndaşlığına malik olan Emil Qaynulin və onun ortağı Rüstəm Maqdeyev “Graf Diamonds” şirkəti üzərindən milyardlara rublu ölkədən çıxarıblar.
Virtualaz.org xəbər verir ki, Rusiyanın bu əyalət biznesmenlərinin əməlləri barədə “versiya.ru” (https://versia.ru/chto-izmenitsya-v-rosgeologii-posle-skandalnoj-otstavki-zamglavy-ruslana-gorringa)yazır.
Maqdeyev “Qazprom”un və “Transneft”in ən iri podratçılarından biridir. Sayt yazır ki, Rüstəm Maqdeyev bir neçə dəfə beynəlxalq qalmaqalların mərkəzində yer alıb. Onlardan biri Maqdeyevin Britaniya zərgərlik evi “Graff Diamonds” la ortaq biznesi ilə əlaqəlidir. Redaksiyanın əldə etdiyi sənədlər göstərir ki, bu əhvalatın digər iştirakçısı-Maqdeyevin Kipr şirkəti “Equix Group Ltd.”dəki keçmiş ortağı Emil Qaynulin də milyardların Rusiyadan çıxarılmasında onunla əlbirdir. Qaynullin 2012-2015-ci illərdə İsveçrənin “Banque Privée Edmond de Rothschild” bankının meneceri olub.

 

rustam

Oxşar məqalələr