AXTAR

Xəzərin bölünməsindən Rusiya qalib çıxdı - Faynənşl Tayms

xezer konvensiya

 

Xəzərin statusu ilə bağlı konvensiya Rusiyanın qələbəsidir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Faynənşl Tayms” qəzeti çıxış edib.

“Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan uzunmüddətli danışıqlardan sonra Xəzər dənizini böldülər. Moskva çoxdan bu regionu öz təsir sferası hesab edir və uzun müddətdir onun uğrunda mübarizə aparır. Kreml Xəzərin parçalanmasına İranla əlaqələri yaxşılaşdırmaq və ABŞ-la Çinin Mərkəzi Asiyadakı təsirini artırmağa başladığı zamanda bu bölgənin dövlətləri ilə əməkdaşlıq səviyyəsini gücləndirmək üçün izn verib. Rusiya bunun əvəzində Xəzər dənizində bu konvensiyanı imzalamayan istənilən ölkənin dənizdə hərbi mövcudluğunu qadağan edir. Bir sözlə, Rusiya donanması Xəzərə nəzarəti ələ keçirir. Rusiya bu parçalanmanın əsas aparıcı qüvvəsi olub. Öyrənilməli olan əsas məsələ Moskvanın burada nəyi qurban verməsidir. Təhlükəsizlik baxımından onlar qələbə qazanıblar” – deyə o bildirib.

Oxşar məqalələr