AXTAR

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana gəlir

S.Ərəbs

 

Fevralın 6-dan 9-dək Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək.
Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Oxşar məqalələr