AXTAR

ABŞ-dan Türkiyəyə qarşı xəyanətkar addım

ABŞ Türkiyə

Ermənilərin “soyqırımı” uydurması siyasətdə ikili standartların korşalmış alətinə çevrilib

Dünya düzəni ciddi siyasi deformasiyaya məruz qalır. Superdövlətlərin mövqe və yeni bazarlar uğrunda mübarizəsi dəyişikliklərin əsas işçi qarışığıdır. Müharibələr, sanksiyalar müharibəsi, hərəkətlərinə alibi qazanmaq üçün şər və böhtan kampaniyasının genişlənməsi mübarizənin əsas atqumentləridir. Fəal siyasi fiqurlar arasında milli və dövləti identikliyini qoruyan dövlətlər də az deyil və bunlardan birincisi və ən qaynar nöqtədə yerləşəni qardaş Türkiyə Cümhuriyyətidir.
Buvaxtadək dünyada hökmranlıq edən Qərb dünyası ulu mədəniyyətə və zəngin dövlətçilik ənənələrinə malik Türk sivilizasiyasını qəbul etmək istəmirlər. Məqsəd də birdir: çəkinirlər. Məhz, türkçülüyün qədimliyindən, zəngin və möhtəşəm tarixindən, mübarizə əzmindən, dünya düzənindəki yerlərini itirə biləcəklərindən çəkinirlər. Bu səbəbdən hər cür iftira, iqtisadi, siyasi və silahlı təxribatlara əl atırlar.
Bu günlərdə ABŞ-ın Nümayəndələr palatasının senatoru Ketrin Klark saxta erməni “soyqırımı”nın tanınması üçün keçiriləcək növbəti səsvermədən əvvəl çıxış edərək deyib: “Məhz mən öz dairəmin seçicilərini, xüsusilə erməni diasporunun çiçəkləndiyi Massaçusets ştatının Uottaun şəhərindən olanları Nümayəndələr Palatasını insanlığa qarşı cinayəti olduğu kimi tanımasına dair qətnamə qəbul etməyə inandırmaq üçün dəstəkləyirəm. Soyqırımı”.
Qəribədir, niyə bu gün, bəs, 104 il əvvəl baş vermiş hadisəyə niyə indi qiymət verilir? Nümayəndələr palatasının digər üzvü, konqresmen Bred Şerman da müzakirələrə qatılaraq bildirib ki, ABŞ “soyqırımı” tanımalıdır. Onun başbilənliyinə görə, Türkiyə o zaman ABŞ-ın böyük müttəfiqi ola bilər ki, “soyqırımı”nı tanısın.
Bu gəlişmələr yeni deyil və həmişə Türkiyəni gərginlikdə saxlamaq üçün Qərb dünyası, inkişaf etmiş ölkələr rəsmi Ankaraya bu mövzuda təzyiqlər göstərməyə çalışıblar. Amma heç vaxt istəklərinə hail ola bilməyiblər. Artıq bir neçə ildir ki, Türkiyəni diz çökdürmək üçün Avropanın inkişaf etmiş dövlətləri ABŞ-la birlikdə olmazın siyasi oyunlardan çıxırlar ki, Türkiyə onların dediyi ilə oturub dursun, yəni, əlaltı dövlət olsun. Bu yolda terrordan, dövlət çevrilişinə cəhddən, iqtisadi sanksiyalardan, Türkiyənin inkişafını ləngitmək üçün ona yüksək texnologiyaların satışını qadağan etməkdən tutmuş ölkəni parçalamaq planlarına qədər müxtəlif vasitələrə əl atıblar. Ancaq yenə də əlləri ətəklərin uzun geri oturdulublar. Çünki, Türkiyə başı müsibətlər çəkmiş və tarixin sınaqlarından əsamkarlıq ruhu ilə üzüağ çıxmış azsaylı millətlərdən və dövlətlərdən biridir. Gücündən asılı olmayaraq hər hansı bir dövlətin Türkiyəyə qalib gələcəyini düşünmək absurd dünyagörüşdür. Buna görə də kürd terrorçuları ilə mübarizədə, Suriyada təhlükəsizliyinin qorunması üçün müstəqil tədbirlər görmək gücündə olan Türkiyə Amerikanı olmazın qıcıqlandırır. Prinsipcə, kimin-kimi məsələsində Türkiyə ABŞ-ı yerində oturdub. Buna görə də amerikalı siyasətçilər erməni kartından istifadə etmək qərarına gəliblər. Çünki, Türkiyəni haqq-nahaq “söyqırımı”nı tanımağa məcbur edə bilsələr, onda, ermənilərə görə Türkiyənin boynuna küllüi miqdarda, yüz miyardlarla dollar kompensasiya ödəmək tələbi qoyacaq və ölkəni iqtisadi tənəzzülə sürükləməyə səy göstərəcəklər.
“Soyqırımı” məsələsinin budəfəki təbliğinin həm də Türkiyənin Rusiya ilə iş birliyinə son qoymaq məqsədi var. Mətbuatda yayılan xəbərlərə görə, Türkiyə Rusiyadan müasir SU-35 döyüş təyyarələrini almaq üçün danışıqlar aparır. Bu isə Amerikanı möhkəm narahat edir. O, açıq-aşkar Türkiyə kimi müttəfiqini öz səhvi ucbatından itirmək üzrədir. “Soyqırımı”nı ortaya atmaqla ABŞ rəsmiləri Türkiyəni saxlamağa cəhd edirlər. Amma bu, çox uğursuz cəhddir. Bu yolla Türkiyəni saxlamaq yox, uzaqlaşmaq sürətini artırmaq olar. Lakin Türkiyə Respublikasının geostrateji mövqeyi, mühüm beynəlxalq rolu onu deməyə əsas verir ki, amerikalı ermənipərəstlərin bu cəhdi sonluqda onların özlərinə qarşı çevriləcək və mənasız bitəcək. Türkiyəni məhv etmək mümkün deyil. Onu böyük türk ruhu və dünyası müdafiə edir. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın Nümayəndələr Palatasında Türkyə əleyhinə qəbul olunan qətnamələrə münasibətini belə ifadə edib: “Oktyarbın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb özləri oynaycaqlar”.
N.NOVRUZ

Oxşar məqalələr