AXTAR

Paşinyan baş nazir postunu da “Yallı” oynaya-oynaya tərk etməli olacaq

Ermənistan hakimiyyətinin Şuşanın işğal gününü milli bayrama çevirməsi onun sonunu yaxınlaşdırır

 

pasinyan yalli

 

Mayın 8-i Avropada II Dünya müharibəsinin bitməsi bayram edilsə də ermənilərin xəyanətkarlığı sayəsində Cənubi Qafqazın üz qarası olan gününə çevrilib. Həmin gün Ermənistan silahlı qüvvələri Azərbaycanın üzük qaşı olan Şuşa şəhərini hamilərinin iştirakı ilə işğal ediblər. Bununla da onlar azərbaycanlılara qarşı böyük milli xəyanət ediblər. Ona hörə ki, yetim-yesir kimi dünyanın müxtəlif bölgələrində avaralanan bu “xalqın” nümayəndələri məhz Azərbaycan torpaqlarında azərbaycanlıların səxavəti, rusların təzyiqi ilə özlərinə “dövlət” qurub, ev-eşik sahibi olub, toplum şəklində formalaşıblar.
Və indi.., Qarabağın işğaldan azad edilməsi üçün danışıqların getdiyi bir vaxtda işğaldan sonra dəyişilmiş bir neçə cinayətkar hakimiyyətdən sonra demokratiya qılafında hakimiyyəti zəbt etmiş Nikol Paşinyan hökuməti də öz milli xəyanətkarlıqlarını davam etdirir. Mayın 8-də arvadı Anna Akopyanı da qoltuğuna vurub Azərbaycan ərazisinə qanunsuz səfər edən Ermənistanın baş nazirinin böyür-başında erməni siyasi güruhu halay vurub. Qatı cinayətkar Serj Sarkisyan başda olmaqla bir qrup müharibə canisi də işğalçı şənlikdə iştirak edib. Bu güruh sonra da alkoqollu içkilərdən doyunca içib başlarını gicəlləndirib və ləngərləyə-ləngərləyə azərbaycanlılardan öyrəndikləri kütləvi şənlik rəqsi olan yallı gediblər.
Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirdiyi bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla, rəsmi İrəvanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarıc olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş hər iki tərəfin əhalisinin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu olaydan sonra bildirib ki, hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: “Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”.
Bu fikirlər Azərbaycan rəhbərliyinin siyasi və qonşuluq məramı, dinc yanaşı yaşamaq uğrunda qonşuları ilə qurmağa çalışıdığı münasibətlərin əsasını təşkil edir. Lakin beynəlxalq qanunlar, bundan da əfzəl tarixi həqiqətlər, faktlar və hər bir ölkənin özünəməxsus milli çaları var. Ermənilər indiyədək nə bir dövlətə sahib olublar, nə də tarixin hansısa bir çətin dövründə kiminsə əlindən tutub, yardım ediblər. Azərbaycanın isə şanlı tarixi və keçmişni demirəm, elə XXI əsrdə neçə-neçə dövlətə yardım əlini uzadıb, faizsiz yaxud dünyada mövcud olan faizdlərdən qat-qat aşağı faizlə borc verib, təmənnasız kömək edib. İndi Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Ermənistanın işğal siyasətinə təkbaşına son qoymaq imkanı olan ölkəmizin öz ərazi bütövlüyünü təmin etmək üçün bir neçə həftəlik müharibəyə ehtiyacı var. Öz ehtiyacımızı da özümüz ödəmək gücündəuik. Lakin biz humanist ideyaları üstün tutur, erməni analarını gözüyaşlı qoymaq istəmirik. Ancaq, gücsüz ermənilər qan-qan deyir, bizi müharibəyə təhrik edirlər. Paşinyanın dəstəsi, dediklərinə görə, yeni Ermənistan, yəni tam müstəqil dövlət qurmaq istəyir. Belə görünür ki, Kremlin sözündən çıxmağı bacarmayanlar Azərbaycan torpaqlarının işğalını davam etdirməklə işlərini qurmağa çalışırlar. Amma hansı güc-qüvvətlə, hansı məntiqlə, bunu nə özləri başa düşür, nə də kənardan baxanlara aydın olur. Aydın olan isə bir şeydir: Azərbaycan sərhədlərini bərpa etməkdə israrlıdır və bu fikrini həyata keçirmək üçün çoxdan hazırdır, sadeəcə siyasi məqamı gözləyir. Heç şübhəsiz, Ermənistan hakimiyyətinin üzvlərinin Azərbaycan torpaqlarını ən sürətli yallı ritmində tərk edəcəkləri gün uzaqda deyil. Bu an anbaan yaxınlaşır.
Yeri gəlmişkən, Paşinyan Şuşada yallı gedəndə Rusiyada keçirilən kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” yarışlarında azərbaycanlı Rahil Məmmədli (91 kq) ermənistanlı boksçu Henrik Sarkisyana heç bir şans verməyərək, layiqli qələbə qazanıb – 4:1. Bu müjdədir, torpaqlarımızın azadlığı uğrunda mübarizədə Ermənistan üzərində qələbə müjdəsi. Bu qələbə ilə isə Paşinyan baş nazir postunu da “Yallı” oynaya-oynaya tərk etməli olacaq.
N.NOVRUZ

Oxşar məqalələr