delfin

 

 

İnsanların təbii şəraitdə yaşayan delfinlərlə ünsiyyətdə olması sonunculara böyük təhlükə törədir. Amerikalı alimlər bildirirlər ki, insanlarla ünsiyyətə girən delfinlər daha su nəqliyyatından qorxmadığı üçün tez-tez vintlərin altına düşürlər.
IKSmedia.az “planet-today.ru” saytına istinadla xəbər verir ki, alimlər Sarasota-Bey (Florida ştatı) laqunu akvatoriyasında 45 il ərzində delfinlər arasında çoxsaylı ölüm hallarını təhlil ediblər.
Delfinlərin əsas problemi onlara yem verən turistlərdir. Yem almağa cəhd edən dəniz məməliləri riskli davranmağa başlayır, qayıqlara və katerlərə yaxınlaşaraq, tez-tez ölümcül zədələr alırlar.
Bundan əlavə, insanlar delfinləri çox zərərli yeməklərə, o cümlədən şokolad və “hot-doq”a qonaq edirlər. Delfinlər bu qidalardan xəstələnir və ölürlər.
Alimlər deyirlər ki, Sarasota-Beyə gələn turistlər son iyirmi ildə ən azı yetmiş beş delfinin ölümünə bais olublar.