ilkin.jpg

İlkin Cəlilov - travmatoloq-cərrah

 

HB GÜVƏN KLİNİKA - nın Təcili Tibbi Yardım şöbəsinin müdiri Ortoped- Travmatoloq Cəlilov İlkin.
Həkim Ortoped-Travmatoloq Cəlilov İlkin 2003-2009 illərdə Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci Müalicə Profilaktika fakultəsində təhsil almışdır. 2010-2016 illər arası Türkiyədə müxtəlif artroplastik və cərrahi kurslarda iştirak etmişdir.
Hal hazırda HB GÜVƏN KLİNİKA-nın Təcili Tibbi Yardım şöbəsinin müdiridir.

Qəbula yazılmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsniiz:
☎️ Əlaqə nömrələrimiz: (012) 959, (012) 436 14 96 

 

kalca_cikigi.jpgAnadangəlmə bud-çanaq oynağı patologiyaları körpəlik və ya uşaqlıq dövrlərində meydana çıxan anatomik  anomaliyaları təsvir edən ümumi bir termindir. Xatırladaq ki, oynağı əmələ gətirən oynaq çuxuru (sirkə kasası) və oynaq başının (bud sümüyü başının) bir-birinə münasibətinə görə displaziya, yarımçıxıq və tam çıxıq ola bilər. Vaxtında düzgün diaqnoz qoyulub müalicə aparılarsa, bu patologiyadan heç bir qalıq əlaməti qalmır, əks halda çox ciddi əlilliyə səbəb ola bilər. Bu patologiya daha çox qız uşaqlarında, ailənin ilk uşağında, əkiz uşaqlarda, dölün sarğı gəlişində olması zamanı doğuşdan sonra əyriboyunluq (tortikolis), əyripəncəlik (PEV) kimi anomaliyaları olan yenidoğulmuşlarda özünü göstərir, əsasında genetik meyillilik və s. durur. Bunlardan bir neçəsi və ya hamısı olan yenidoğulmuş körpələr risk qrupuna aid edilir. Bunun qarşisını almaq xəstəliyi vaxtında aşkar etməkdən başlayır.
Burada ilk iş valideynlərin (daha çox ananın) üzərinə düşür. Diqqətli ananın sezə biləcəyi əlamətlərə qasıq büküşlərin assimmetrik olması, problem olan tərəfdə ayağın bayıra açılmasının məhdud olması və
ayaqlar arasında uzunluq fərqi və s. aid ola bilər. Buna görə də anadan olar körpənin 6 həftəliyinin tamamında mütləq həkim-ortopedin müayinəsindən keçməsi məsləhət görülür. Risk qrupuna aid olunan uşaqların normal həkim müayinəsindən keçməsi ilə yanaşı Amerika pediatrik akademiyası ultrasəs müayinəsinin ( USM) aparılmasını da vacib sayır. Yalnız USM müayinəsini edəcək həkim işi üzrə mütəxəsiz olmalıdır (normada alfa bucağı 60 dərəcədən,betta buçağı isə 55 dərəcədən yuxarı olmalıdır). 6-8 aylıqdan başlayaraq sümükləşmə başladığına görə bud-çanaq oynağı ön (AP) rentgen müayinəsi xəstəliyi aşkara çıxarmağa imkan verir. Qeyd edək ki, risk qrupuna aid olmayan körpələrin müvafiq olaraq 1, 3 və 6-cı aylarda müayinəyə gəlməsi, risk qrupuna aid olunan və ya xəstəlik aşkar edilən körpələrin isə müalicənin sxeminə görə müayinəyə gəlməsi məsləhət görülür.
Müalicəsi:
1. 0-6 ay aralığında uşağı sadə bir müalicə üsulu ilə xüsusi bandajların (pavlik bandajı kimi) köməyilə  sağaltmaq mümkündür.
2. 6-12 ay aralığında uşağa əməliyyatxana şəraitində venadaxili sedasiya ilə qapalı reduksiya yolu (yəni çixiq yerinə salınaraq) və pelvi pedal gips sarğısı qoymaqla müalicə aparılır.
3. 1-1.5 yaş aralığında artıq qapalı reduksiya bir fayda vermədiyi üçün əməliyyatxana şəraitində ümumi anesteziya ilə açıq reduksiya olunaraq PPG sarğısı qoyulmaqla müalicə aparılır.
4.  1.5-2 yaş aralığında əməliyyatxana şəraitində açıq reduksiya,çanaqda osteotomiya ( məs:Salter osteotomiyası) və PPG sarğısı qoyulmaqla müalicə aparılır.
5.  2.5 yaş və yuxarı yaşlarda artıq açıq reduksiya, çanaqda osteotomiya yetərli olmadığından bud sümüyü yuxarı ucunda da osteotomiya edilərək PPG sarğısına qoyulmaqla müalicə olunur.

k5.jpg

     Xatırladaq ki, yuxarıdakı müalicə sxemi standart bir formadır, lakin hər xəstədə fərdilik prinsipi nəzərə alınmalıdır.
Əziz valideynlər, diqqətinizə çatdırırıq ki, müalicə prosedurundan göründüyü kimi, xəstəlik nə qədər tez
aşkar edilirsə o qədər də müalicə daha asan olur və qalıcı izlər qalmır. Çalışdıq ki, Siz dəyərli oxucuları xəstəlik haqqında sadə formada məlumatlandıraq.
Mən, həkim ortaped-travmatoloq İlkin Cəlilov, xəstəxanamızın kolektivi ilə birgə ən müasir avadanlıqlarla təchiz olunmuş Diaqnostika, Pediatriya və Travmatoloji-Ortopediya şöbələrində adı çəkilən xəstəliyin tam yeni və son elmi metodlarla diaqnozunu müəyyənləşdirib, müalicəsini aparmaqla körpələrinizin şəfa tapması üçün çalışırıq.