Nikahın pozulması zamanı əmlak mübahisəsi necə həll olunur?

Bu il ərzində boşanmaların sayı artıb. Boşanmaların sayı artdıqca tərəflər arasında olan mübahisələrin də sayı artır. Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem isə daşınar və daşınmaz əmlakın, pulun bölgüsü zamanı meydana gəlir.

Bunu “Sosium” proqramının qonağı, vəkil Emil Aslanov deyib. Onun sözlərinə görə, boşanmadan sonra qadınların mülkiyyət hüquqları daha çox pozulur: “Hazırda kişilər daha çox işlədiklərinə və mentalitetə görə mülkiyyət daha çox kişilərin adına qeydiyyata alınır. Buna görə də, qadınların mülkiyyət hüququ daha çox pozulur. Məhz bu səbəbdən də qadınlar tərəfindən məhkəməyə müraciətlərin sayı daha çox olur”.
E.Aslanov deyib ki, əgər daşınar və daşınmaz əmlak birgə nikah dövründə əldə olunubsa və rəsmi nikahla bağlı sənəd varsa, qadınlar məhkəməyə müraciət edərək öz hüquqlarını qoruya bilər. Onun sözlərinə görə, bu halda qadın mənzilin yarısını, əgər övladlar qadının himayəsində qalarsa, daha çox hissəsini tələb etmək hüququna malikdir. Vəkil bildirib ki, mülkiyyətin bölünməsi həm Ailə, həm də Mülki Məcəlləyə əsasən tənzimlənir. “Əgər mülkiyyət Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınıbsa, ilk növbədə mübahisə edən tərəf məhkəməyə müraciət etməlidir. Tərəflər birgə nikah dövründə əldə edilən mülkiyyət barəsində məlumat verərək məhkəmə qarşısında iddia qaldırmaqla öz problemini həll edə bilər. Bu halda mənzildə yaşayış hüququ təmin edilə bilər. Və ya satıldıqdan sonra mənzilin dəyəri tərəflər arasında bölünə bilər. Qanunla satış mümkündür, amma notarial qaydada evdə qeydiyyatda olan və nikahda olan şəxslərin razılığı alınmalıdır”, - deyə E.Aslanov vurğulayıb.

nikah

Ardını oxu...

Siyasət İlham Əliyev: ""Cənub Qaz Dəhlizi" layihəsi nəinki Azərbaycan, o cümlədən geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıyır" - FOTO

489156Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.

iksmedia.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı qurumun prezidenti Takehiko Nakao ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının ötən il Bakıda keçirilən 48-ci illik toplantısı zamanı görüşünü məmnunluqla xatırladı. Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin uğurla keçirildiyini, quruma üzv olan ölkələrdən çoxlu sayda nümayəndələrin burada iştirak etdiyini deyən Prezident İlham Əliyev bu tədbirdən sonra Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığında yeni dinamikanın müşahidə olunduğunu bildirdi. Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini deyən dövlətimizin başçısı bank tərəfindən Azərbaycanda həyata keçirilən çox mühüm layihələrə, xüsusilə "Cənub Qaz Dəhlizi" layihəsinə verilən dəstəyə görə Vençay Janqa minnətdarlığını bildirdi. Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Ölkəmizin Asiya İnkişaf Bankı ilə bir sıra digər sahələrdə də əməkdaşlığına toxunan dövlətimizin başçısı birgə həyata keçirilən infrastruktur layihələrinin əksəriyyətinin artıq başa çatdırıldığını bildirdi. Qurumla əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri, həmçinin son illərdə görülən işlərlə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd etdi.

Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci illik toplantısına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin olmasından məmnunluğunu ifadə edən Vençay Janq ölkəmizin Asiya İnkişaf Bankına qoşulduğu 1999-cu ildən ötən dövr ərzində qurum tərəfindən Azərbaycana 2,8 milyard dollar məbləğində vəsaitin ayrıldığını qeyd etdi. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən bir sıra layihələrlə yanaşı, "Cənub Qaz Dəhlizi" və "Şahdəniz" kimi mühüm layihələrə də dəstək və önəm verdiyini xatırladan Vençay Janq layihələrlə bağlı məsələləri müzakirə etmək üçün bank daxilində xüsusi şuranın yaradıldığını vurğuladı.

Görüşdə Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin, o cümlədən Şimal-Cənub dəmir yolu dəhlizi, su təchizatı, yol şəbəkəsinin genişləndirilməsi və digər layihələrin önəmi vurğulandı, 2017-2019-cu illərdə ölkəmizə dair bu cür layihələrin həyata keçirilməsinin bankın kreditləşmə proqramına daxil edilməsindən məmnunluq ifadə edildi.

133 -dən səhifə 135

Oxşar məqalələr