AXTAR

Fransız senatorların qərəzli qətnaməsi ağılsız siyasət nümunəsidir

tapqazkemer
Noyabrın 8-də İsveçrənin nüfuzlu AGEFİ xəbər portalında “Fransanın “Azərbaycan” qətnaməsi və Avropa üçün risklər” başlığı altında fransız dilində iqtisadi məsələlər üzrə təhlilçi David Edelmanın (Aidelmann) məqaləsi dərc olunmuşdur. Müəllif senatorların təşəbbüsünü Avropa Birliyinin hazırkı dövrdə enerji təhlükəsizliyi müstəvisində təhlil edir onun mümkün mənfi nəticələrini göstərir. Azərbaycanınb İsveçrədəki səfirliyi məqalənin əsas tezislərini tərcümə edərək redaksiyamıza təqdim edib.
Communiqué
Résolution « azerbaïdjanaise » du Sénat français et risques pour l'Europe
David Aidelmann, analyste économique.
D.Edelman yazır:
-Noyabrın 15-də Fransa Senatı müxtəlif partiyalardan olan beş senatorun təqdim etdiyi, Avropa İttifaqından Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq etməyi tələb edən qətnaməni araşdırmaq niyyətindədir. Burada ilk növbədə, söhbət təkcə Fransada deyil, bütün Avropada təbii qaz və neftin alınmasına embarqo qoyulmasından gedir.
-Avropa diplomatiyasının rəhbəri Josep Borrell-in sözlərinə görə, “Rusiya qazının Avropaya tədarükü 40%-dən 7%-ə düşüb”. Bu, xüsusilə Rusiya qazını Azərbaycandan tədarük edilən təbii qazla əvəz etməklə mümkün olub.
-Bundan başqa, Fransa faktiki olaraq Azərbaycandan yalnız az miqdarda neft alır, ona görə də qətnamə, istənilən halda, kifayət qədər deklarativ xarakter daşıyır.
-Eyni zamanda, Azərbaycanın enerji resurslarını alan Avropa ölkələri (məsələn, İtaliya, Xorvatiya, Çexiya, Portuqaliya, İspaniya, İrlandiya, Almaniya, Rumıniya, Yunanıstan, Avstriya, Bolqarıstan) bu cür sanksiyaların tətbiqi ilə bağlı fərzi halda xeyli iqtisadi və maliyyə ziyanına məruz qalır.
-Qeyd olunmalıdır ki, Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış saziş nəticəsində Azərbaycan qazının Avropa bazarlarına nəqlinin genişləndirilməsi daha çox Rusiya qazının itirilməsi ilə bağlıdır.
-Azərbaycan bu itkinin aradan qaldırılmasında iştirak etməyə hazır olduğunu göstərdi və belə bir embarqo qəbul edilsəydi, Avropada isitmə mövsümünün qızğın vaxtında Azərbaycanın qaz və neft tədarükünü əvəz etmək an azı son dərəcə çətin, hətta mümkünsüz belə olardı.
-Azərbaycana qarşı mümkün sanksiyaların qəbulundan sonra bazarlarında Rusiya qazını Azərbaycan qazı ilə əvəz edən və bundan faydalanan ölkələr elə vəziyyətə düşə bilər ki, onlar Kremlin diktə etdiyi iqtisadi cəhətdən əlverişsiz şərtlər altında Rusiyadan tədarüklərini bərpa etməyi düşünməli olacaqlar.
-Fransa təcili ehtiyac yaranarsa, öz qazını Almaniya ilə bölüşməyə hazır olduğunu bildirib, lakin Azərbaycanla ticarətlə mübarizəyə yönəlmiş belə bir qətnamə bu fərzi zərurəti reallığa çevirə bilər və buna görə də Fransa birbaşa itkilərlə üzləşə bilər.
-Qətnamə layihəsini təqdim edən fransız senatorlar mənəvi səbəblərdən iqtisadi müstəvidə “qurbanlar” verəcəklərini iddia edirlər. Aydın səbəblər olmadan siyasi amilləri iqtisadi faktorlarla qarışdırmaq kifayət qədər mənasız və zərərli addımdır. Təfərrüatlara varmadan qeyd edək ki, Fransa Əlcəzair və Nigeriyadakı enerji resurslarını alır. Orada insan haqlarının vəziyyəti daha pisdir. Bu ikili standart nə üçündür və bu cür hərəkətlərdən əsas faydalanan kim olacaq?
-Amma əsas sual budur: Fransa parlamentinin yuxarı palatası tərəfdaş dövlətlərin, bütövlükdə Avropanın mümkün iqtisadi itkilərinə, habelə öz büdcəsinin itkilərinə görə məsuliyyəti öz üzərinə götürə bilərmi? Hətta bəyanedici və məcburi xarakter daşımayan qətnamə də Avropa və Fransanın enerji təhlükəsizliyinə heç də müsbət olmayan qaçılmaz təsir göstərəcək.
İksmedia.az: Göstərilən faktlar və onların təhlili ilə məqalə müəllifi sübut edir ki, fransız senatorların cəhdləri ikili standartlar üzərində qurulmuş ağılsız siyasətin təzahürüdür. Ola bilər ki, Fransa Senatı bu qətnaməni qəbul etsin. Lakin Aİ parlamentində onun təsdiq ediləcəyi inandırıcı görünmür. Prinsipcə, fransız siyasətçiləri prezident Makron başda olmaqla ölkənin olan-qalan nüfuzunu itirməyə kökləniblər. Çünki, onların XXI əsrdəki fəaliyyəti “bir addım irəli, iki addım geri” aforizminə söykənir.
Məqalə ilə bu linkdə tanış olmaq olar: https://agefi.com/actualites/communiques-dentreprises/resolution-azerbaidjanaise-du-senat-francais-et-risques-pour-leurope).

 

 

 

Oxşar məqalələr