27 sentyabr Anım günündə dünyanın müxtəlif guşələrində torpaqlarımızın azadlığı canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin heyəti yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 12:00-da) diplomatik nümayəndəliyin önündə qoyulmuş güllər yanında unudulmaz şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra səfirliyin nümayəndə heyəti İsveçrənin Lüsern şəhərinə səfər edib.
Tarix boyu müharibələrdə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş İsveçrənin kədər və eyni zamanda qürur yaddaşını əks etdirən dünya şöhrətli “Can verən Aslan” tarixi abidənin üzərinə gül dəstəsi qoyulmuş, vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda həyatlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sözügedən abidənin ziyarəti bütün dünyada və hər bir ölkədə müstəqillik və azadlıq uğrunda həlak olmuş hərbçilərin xatirə rəmzi kimi qəbul edilir və onları məhz bu abidə qarşısında yad etmək bəşəri səviyyədə bir ənənəyə çevrilib.