AXTAR

Ana ölümlərinə görə 4 direktor və 10-a yaxım həkim işdən qovulub

ana ölümü

 “Hər il ana ölümünə görə həkimlər, baş həkimlər, bəzi müəssisələrin direktorları cəzalandırılır. Bu ilin 9 ayında Azərbaycanda qeydə alınan ana ölümü ilə bağlı 4 Perinatal mərkəzin direktoru və 10-a yaxın həkim işdən çıxarılıb”.

İKSmedia.az APA-ya istinadən bildirir ki, bu fikri Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, ana ölümləri səbəbindən Quba, Gəncə, Şəki və Sabirabad Perinatal mərkəzlərinin direktorları işdən çıxarılıb və müəssisənin rəhbərliyi tamamilə dəyişilib. Komissiya sədri qeyd edib ki, işdən çıxarılanlar arasında rəhbər işçilərlə yanaşı, cərrahiyyə və doğuş şöbəsinin müdirləri, cərrah, ginekoloq, anestezioloq, hətta kənddə antonental qulluğu yararsız yerinə yetirən tibb bacısı-“mamaça” da var.

S. Məmmədova vurğulayıb ki, ölkədə ana ölümlərinin azalması istiqamətində işlər görülür. 1993-cü ildə ana ölümü hər 100 min diridoğulmaya 60, 1994-cü ildə 70, 1996-cı ildə isə 57 olmuşdusa, son illər bu rəqəmlər stabil olaraq, 25-26-dan yuxarı qalxmır: “Bu da Səhiyyə Nazirliyi və dövlətin bu problemə olan diqqətin nəticəsidir. Respublikada baş verən ana ölümləri dərhal təhlil olunur, tibbi məhkəmə ekspertizadan keçdikdən sonra səbəblər Doğuşayardım Komissiyasında araşdırılır, rəy verilir, müvafiq dinləmələrdən sonra komissiyanın qərarı açıqlanır. Tibbi yardımın təşkili şöbəsi bu qərardan asılı olaraq cəza tədbirləri görür. Son illər ana ölümünün strukturu da dəyişilib. İndiyə kimi ekstrogenetal xəstəliklər, hamiləliklə əlaqəli olmayan xəstəliklər, qanaxmalardan baş verirdisə, son illər eksrogenetal xəstəliklərin, eklampsiya, preeklampsiya müalicəsinə yanaşmaların dəyişilməsi, müasir texnologiyaların istifadəsi, vaxtında diaqnoz qoyulması nəticəsində ana ölümündə rəqəmlərin azalmasına nail olunub".

Oxşar məqalələr